Rəqəmsal idarəetme platforması
Rəqəmsal idarəetmə platforması iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkilinə imkan verən platformadır.
İdarəetmə panelində mövcud olan Sənəd Dövriyyəsi bölməsi sənədlərin sistemdə effektiv idarə olunmasını və dövriyyəsini təmin edən funksional bir hissədir. Bu bölmə vasitəsilə istifadəçilər sənədləri elektron formada yarada, redaktə edə, təsdiqləmə və izləmə proseslərini həyata keçirə bilərlər.
Sistem istifadəçilərə sənəd kateqoriyalarını təyin etmə, sənədin statusunu izləmə, təsdiqləmə və arxivləşdirmə kimi imkanlar təqdim edir. Sənədlərin hərəkəti real vaxt rejimində izlənilir və icra prosesi ilə bağlı məsul şəxslərə avtomatik bildirişlər göndərilir. Təsdiqləmə prosesi bir və ya bir neçə mərhələdən ibarət ola bilər və hər bir mərhələ üçün müvafiq icraçı şəxslər təyin edilə bilər.
Bundan əlavə, tarixçə funksionallığı istifadəçilərə sənədlərin dəyişikliklərini və icra vəziyyətini izləməyə imkan verir. Axtarış və filtrləmə imkanları sayəsində istifadəçilər lazımi sənədləri tez və asanlıqla tapa bilərlər.
Sistemə inteqrasiya edilmiş istifadəçi təlimatı vasitəsilə istifadəçilər sənədlərin yaradılması, təsdiqlənməsi, redaktə edilməsi və idarə edilməsi prosesləri barədə detallı məlumat əldə edə bilərlər. Təlimat hər bir funksionallıq üçün addım-addım izah və vizual göstəricilərlə təqdim edilib