E-iştirakçılıq
Elektron iştirakçılıq vətəndaşların rəqəmsal alətlər vasitəsilə qərar qəbul etmə prosesinə qoşulmasını təmin edən müasir bir platformadır. Bu altbölmə vasitəsilə siz ictimai məsələlərdə fikir bildirə, təkliflər verə və dəyişikliklərin bir parçası ola bilərsiniz. Daha şəffaf və effektiv idarəetmə üçün elektron iştirakçılığa qoşulun!
“E-İştirakçılıq” platforması
“E-İştirakçılıq” platforması biznes mühitinin yaxşılaşdırılması üzrə fəaliyyətin səmərəliliyinin artırılması, ictimai iştirakçılığın elektron və interaktiv formada təmin olunması, biznes nümayəndələri ilə rəqəmsal kommunikasiyanın qurulması və məmnunluğun yüksəldilməsi məqsədini daşıyır.
Bu platformadan istifadə etməklə aşağıdakı imkanları əldə edə bilərsiniz:
- Müvafiq sahə üzrə hazırlanan layihələrə münasibət bildirilməsi;
- Qanunvericilik təşəbbüslərində elektron iştirak;
Qeyd: Layihələr barədə məlumat almaq üçün “E-İştirakçılıq” platformasında müvafiq tədbir və layihə bölməsini seçməyiniz, təklif vermək üçün isə həmin bölmədə “Təklif göndər” düyməsini klikləməyiniz xahiş olunur.