Rəqəmsal təqvim
Rəqəmsal təqvim vasitəsilə gələcək tədbirləri, görüşləri və mühüm tarixləri izləyə bilərsiniz. Bu alət vaxtınızı effektiv idarə etməyə və planlarınızı dəqiqliklə təşkil etməyə imkan yaradır.
Rəqəmsal Təqvim platforması biznes mühitinin yaxşılaşdırılması üzrə fəaliyyətin səmərəliliyin artırılması və altqrupların iclaslarının daha effektiv idarə olunması məqsədini daşıyır. Platforma vasitəsilə istifadəçilər iclaslar barədə qabaqcadan məlumat əldə edə, müvafiq tədbirlərə hazırlıq görərək daha effektiv iştirak edə bilərlər.
Bu platformadan istifadə etməklə aşağıdakı imkanları əldə edə bilərsiniz:
- Altqrupların iclasları barədə qabaqcadan ətraflı məlumatın alınması;
- İclaslarda müzakirə üçün təkliflərin elektron qaydada göndərilməsi;
- Altqrupları ilə interaktiv əlaqənin yaradılması;
- Altqrupların fəaliyyətinə dəstək və iclaslarda iştirak hüququnun əldə olunması.
Qeyd: İclaslar barədə məlumat almaq üçün "Rəqəmsal Təqvim" platformasında müvafiq tədbir bölməsini seçməyiniz xahiş olunur.